“Səbail” “Keşlə”yə, “Qəbələ” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan premyer liqasında 7-ci tura start veriləcək.

Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. Turun açılış matçında “Səbail”lə “Keşlə” üz-üzə gələcək. Günün digər qarşılaşması isə “Qəbələ” ilə “Zirə” arasında baş tutacaq. 

Azərbaycan premyer liqası

7-ci tur

“Səbail” – “Keşlə”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.

Bakı. “ASCO arena”, 15:00. 

“Qəbələ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.

Qəbələ şəhər stadionu, 17:00.

Həmin kateqoriyadan