Səlahət 10-cu oldu

“Sabah”ın qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

Allsport.az xəbər verir ki, təcrübəli qapıçının yubileyi Premyer Liqanın 8-ci turunun “Sumqayt”la matçına (3:0) təsadüf edib.

“Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb. Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.

1. Fərhad Vəliyev – 282

2. Rauf Mehdiyev – 271

3. Cahangir Həsənzadə – 268

4. Anar Nəzirov – 260

5. Nizami Sadıqov – 247

6. Kamran Ağayev – 235

7. Hüseyn Məhəmmədov – 227

8. Nadir Şükürov – 219

9. Elxan Həsənov – 203

10. Səlahət Ağayev – 200

Həmin kateqoriyadan