- Baxış sayı: 12
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Masazır təmsilçisi özbəkistanlı futbolçu Ömərəli Rəhmanəliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə razılıq əldə edib. Müqaviləyə əsasən, Rəhmanəliyev icarə əsasında “Sabah”ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.
Ömərəli karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.