“Sağlam həyat” avtomobili uşaq evində

“İdman həftəsi” çərçivəsində səyyar “Sağlam həyat” avtomobili martın 8-də 2 saylı uşaq evində olub. Allsport.az xəbər verir ki, xüsusi idman avadanlıqları ilə təchiz olunmuş səyyar idman avtomobilində ümumilikdə 50-dək uşaq müxtəlif idman normativlərini yerinə yetirib, aktiv fiziki fəaliyyətlə məşğul olub və maraqlı oyunlarda iştirak ediblər.

Tədbir xoş və unudulmaz anlarla yadda qalıb, uşaqların idmana olan marağını artırmağa, sosial bacarıqlarının inkişafına imkan yaradıb.

Həmin kateqoriyadan