- Baxış sayı: 69
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 67
- Oktyabr 11, 2024
- 0
Formula-1 Qətər hava yolları Azərbaycan qran prisində 2-ci sərbəst yürüş son çatdı. “Ferrari”nin sürücüsü Şarl Lekler 1 dəqiqə 43.484 saniyə nəticə göstərərək günü lider olaraq başa vurdu. Allsport.az saytı xəbər verir ki, o, Serxio Peresi yalnız 0.006 saniyə qabaqlayaraq 1-ci yerdə bitirdi. İlk məşqlərdə 15-ci döngədə qəza keçirən monakolu pilot, təmir edilmiş SF-24 ilə daha yaxşı performans göstərdiyini bildirib.
Qəzadan sonra boksda bir müddət gözləməli olsa da, Lekler sarı təkərlərlə kəşfiyyat dövrələri vurub və 8-ci döngədə yoldan çıxmasına baxmayaraq, yumşaq (qırmızı) təkərlərlə ən yaxşı nəticəni əldə etdi.
Sessiyada Maks Ferstappen, Serxio Peres və Karlos Sayns arasında gərgin mübarizə yaşanıb. Lekler, Peresi 0.006 saniyə qabaqlayaraq ilk yerdə qərarlaşsa da, Sayns və Peres arasında fərq yalnız 0.060 saniyə olub.
Ferstappen isə liderdən yarım saniyə geri qalaraq altıncı yeri tutub.
“Mersedes” və “Maklaren” sürücüləri bu dəfə nəzərəçarpan məharət göstərməyibyiblər və bu axşam toplanan məlumatları təhlil etmək üçün əlavə iş görməli olacaqlar. Sabah səhər sazlanmalarda ediləcək düzəlişlər sürətləri artıracaq və daha maraqlı bir şənbə bizi gözləyir.
Azərbaycan mükafat yarışı 51 döngədən ibarətdir. Trekin uzubluğu 6003 metrdir. Dünya çempionatının bu mərhələsi təqvimdə 17-cidir.