- Baxış sayı: 44
- 23 Noyabr 2026 23:59
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Azərbaycanlı FİFA referisi Rauf Cabarov təyinat alıb.
Allsport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Şimali Makedoniya – Gürcüstan qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Müslüm Əliyev kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.