Təbriz derbisini “Traktor-Sazi” qazandı

Bu gün İran Pro liqasında 10-cu turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda Təbriz derbisi baş tutub. Azərbaycanlıların sevimlisi “Traktor-Sazi” rəqib meydanında “Göstəriş” klubu ilə qarşılaşıb. Üstün oynayan “qırmızılar” 2:0 hesabı ilə qalib gəliblər.

Digər Təbriz klubu “Maşınsazi” evdə “Peykan”a uduzub (1:4). 16 komandanın yer aldığı çempionatda hazırda “Traktorsazi” 20 xalla liderdir. Tehranın “Persopolis” komandası 19 xalı var və təbrizlilərdən 1 matç az keçirib. “Göstəriş” 12-cı (9),  “Maşınsazi” 16-cıdır (6).

Həmin kateqoriyadan