Tatarıstan prezidenti Təbriz klubunu təbrik etdi

Tatarıstan respublikasının prezidenti Rüstəm Minnixanov “Traxtor” futbol klubunun sahibi Məhəmmədrza Zunuzini İran kubokunun sahibi olması münasibətilə təbrik edib. Allsport.az xəbər verir ki, o, məktubda bunu deyib:

“Traxtor” klubunun oyunçuları, məşqçiləri və digər işçiləri nəinki sizin klubunuza ən böyük şərəf və iftixar qazandılar, hətta həyəcanlı bir oyun da sərgilədilər. Bu isə “Traxtor”un çılğın tərəfdarlarının sevinci ilə qarşılandı.
Ən böyük şərəf isə Zati-alinizə məxsusdur.

Çünki ölkədə nüfuzlu, etibarlı və hörmətə layiq bir komandanın yaranmasında sizin göstərdiyiniz əzmkarlıq və fədakarlığınız səbəb oldu ki, bu gün siz “Traxtor”un saysız azarkeşləri ilə birlikdə futbolçularınızın bu qələbəsi ilə fəxr edəsiniz.

Sizə möhkəm cansağlığı arzu edir, “Traxtor” komandasına isə qarşıdakı İran kuboklarında və beynəlxalq yarışlarda daha çox və böyük uğurlar diləyirəm” .

Tatarıstan Rusiyada ən mühüm muxtar türk respublikalarından biri sayılır. Əhalisinin 70 faizindən çoxunu türklərdir. Tatarlar Təbriz klubunu çox sevirlər. 4 milyondan çox əhalisi olan paytaxt Qazan türk dünyasının ən mühüm iqtisadi, siyasi, mədəni, sənaye və tarixi şəhərlərindən biri sayılır.

Qazanla Təbriz bir-biri ilə bacı şəhərlərdir. Məhz həmin səbəbə görə də, 2017-ci ildə Qazanda “Təbriz parkı”, Təbrizdə isə “Qazan parkı”nın açılışı olub.

Həmin kateqoriyadan