- Baxış sayı: 9
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan premyer liqasının XXVIII turunun “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib. Allsport.az xəbər verir ki, bu, qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.
2022/23 mövsümündən premyer liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.