“Traktor-Sazi” İsfahanda yerli “Zob Axan”a qalib gələrək 1-ci yerə yüksəlib

İran Pro liqasında 6-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlıların sevimlisi “Traktor-Sazi” İsfahanda yerli “Zob Axan”la qarşılaşıb. Gərgin keçən oyunda qonaqlar qalib gəliblər – 2:1.

Digər Təbriz klubu “Göstəriş” səfərdə “Saypa” klubu ilə heç-heçə edib – 1:1. “Maşınsazi” evdə “Sepaxan” ilə mübarizə aparacaq.

16 komandanın yer aldığı çempionatda hazırda “Traktorsazi” 12 xalla “Persopolis”lə 1-2-yerləri bölüşdürü. “Maşınsazi” 11-ci (6) və “Göstəriş” 16-cıdır (4).

Həmin kateqoriyadan