“Traktor-Sazi” qalib gəldi, “Göstəriş” heç-heçə etdi

İran pro liqasında 16-cı tura start verilib. Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycanın mərkəz şəhərinin aparıcı komandası “Traktor-Sazi” Xuzistanda yerli “İstiqlal”a qalib gəlib – 1:0.

Digər Təbriz klubu “Göstəriş” səfərdə “Peykan”la sülh bağlayıb (0:0). Bu gün “Maşınsazi” ev “Fulad”la qarşılaşacaq.

16 komandanın yer aldığı çempionatda “Traktorsazi” 33 xalla 1-cidir. Onun yazın izləyicisi “Persopolis”in 32 xalı var. Tehran təmsilçisi “qırmızılar”dan 1 oyun az keçirib. “Göstəriş” 9-cu (21),  “Maşınsazi” 16-cıdır (7).

Həmin kateqoriyadan