“Traktor Sazi”dən çətin səfər qələbəsi

İran çempionatında növbəti turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edən “Traktor Sazi” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Saba Qom”la qarşılaşıb. Cənubi azərbaycanlıların fəxri olan “Traktor Sazi” 3:2 hesablı səfər qələbəsinə imza atıb.

Qeyd edək ki, Azərbaycan klubu hazırda 20 oyundan sonra 35 xalla 5-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan