“Traktorsazi” yenə heç-heçə etdi

İran çempionatında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Təbrizi təmsil edən “Traktorsazi” və “Göstəriş” klubları da növbəti matçına çıxıb.

“Traktorçular” doğma meydanda “Rah Ahan”, Cənubi Azərbaycanın digər klubu isə səfərdə “Saba Qom”la qarşılaşıb. Hər iki oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bu heç-heçələrdən sonra “Traktorsazi” 16 klub arasında 5 xalla 6-cı, “Göstəriş” isə 2 xalla 15-cidir.

Qeyd edək ki, Cənubi Azərbaycanı İran çempionatında daha bir klub təmsil edir. Bu, Ənzəlinin “Malavan” komandasıdır. Təbrizlilərdən fərqli, ənzəlilər yeni mövsümə daha yaxşı başlayıblar. Son turda doğma meydanda “İstiqlal”ı 2:0 hesabıyla məğlub edən “Malavan” hazırda 6 xalla 5-cidir.

Həmin kateqoriyadan