Türkiyə və İtaliya komandalarının oyununa təyinat alıb

Avropa voleybol konfederasiyası (CEV) tərəfindən Azərbaycan voleybol federasiyasının kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib. 

Allsport.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində “THY İstanbul” (Türkiyə) və “İgor Gorgonzola Novara” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Bu gün İstanbulda keçiriləcək oyunun hakimləri serbiyalı Darko Savic və  ispaniyalı Gloria Souto Jimenez olacaq.

Komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan