- Baxış sayı: 51
- 07 Aprel 2026 20:55
- Baxış sayı: 136
- Aprel 14, 2026
- 0

“Red Bull”un pilotu Maks Verstappen ardıcıl 4-cü dəfə “Formula 1” üzrə dünya çempionu olub.
Allsport.az xəbər verir ki, niderlandlı idmançı buna Las Veqas qran-prisini 5-ci pillədə bitirməklə nail olub.
Verstappenin aktivində hazırda 403 xal var. İkinci pillədə “Maklaren”dən Lando Norris qərarlaşıb – 304 xal.
Cari mövsümün başa çatmasına iki qran-pri qalıb.