Vüqar Həşimov memorialın qalibi: Oyunlar çətin olsa da, maraqlı keçdi

“Şəhriyar Məmmədyarovla ilk oyun çətin keçdi. Sonrakı görüşdə az qalsın məğlub olacaqdım. Amma daha sonra macarıstanlı şahmatçı Riçard Rapporta “armaqeddon”da qalib gəldim. Belə bir nüfuzlu yarışın qalibi olduğuma görə çox sevinirəm”.

Allsport.az saytı xəbər verir ki, bunu Vüqar Həşimov memorialı-2021”in qalibi Fabiano Karuana deyib. ABŞ təmsilçisi superturnirin bundan sonra da təşkil olunmasının əhəmiyyətini qeyd edib:

“Vüqar Həşimovun xatirəsinə yarış ötən il pandemiya ilə əlaqədar keçirilmədi. Sevinirik ki, bu nüfuzlu yarış bu il təşkil edilib və bundan sonra hər il təşkil olunacaq. Blits və rapid üzrə oyunlar bir qədər çətin olsa da, maraqlı və gərgin rəqabət şəraitində keçdi. Belə bir yarışda iştirakdan məmnunam”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish