- Baxış sayı: 56
- 18 May 2026 16:02
- Baxış sayı: 54
- May 20, 2026
- 0

Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan 12 nəfərlə təmsil olunacaq.
Bunlar Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinovadır.
11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdir.