Türkdilli ölkələrin yarışında qadınlar və yeniyetmə oğlanlar 1-ci, kişilərimiz 3-cü oldular

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış 3 kateqoriyada təşkil olunub. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət Azərbaycan komandası altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub. Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu qadınlardan ibarət Azərbaycan komandası yarışı birinci pillədə başa vurub. Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.

Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası qızıl medala qazanıb. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayann kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb.

Həmin kateqoriyadan