Xaqan Əhməd “Sheki Open”in qalibidir

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.

Allsport.az xəbər verir ki, “A” qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.

Turnir ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vasiliy Bernardski turniri ikinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.

“B” qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.

“Sheki Open” Azərbaycan şahmat federasiyasının təşəbbüsü ilə keçirilən “Chess Tour Azerbaijan”ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı “Shamaxhi Open” turniri start götürəcək.

Həmin kateqoriyadan