- Baxış sayı: 80
- 29 Aprel 2026 22:14
- Baxış sayı: 91
- Aprel 29, 2026
- 0

12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının növbəti pley-off oyunları baş tutub.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçirilmiş “Sumqayıt” U-12 – “Abşeron” U-12 oyununda 44-32 hesabı ilə gənclər şəhərinin basketbolçuları qələbəyə seviniblər. İkinci pley-off oyununda NTD U-12 və “Gəncə” U-12 komandaları üz-üzə gəliblər. Oyun NTD U-12 komandasının 51-42 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra NTD U-12 yarımfinalda “Sabah” U-12 ilə, “Sumqayıt” U-12 isə “Naxçıvan” U-12 komandası ilə qarşılaşacaq.
U-12 basketbol liqasında yarımfinal oyunları 25 mayda oynanılacaq.