“Zəfər liqası” futbol turnirinin püşkü atıldı

AFFA-nın təşkilatçılığı, Azərbaycan könüllü təşkilatları ittifaqının və gənclər fondunun tərəfdaşlığı ilə təşkil olunan “Zəfər liqası”nın püşkü atılıb.

Allsport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak ediblər. 8 Noyabr – Zəfər gününə həsr olunan turnirdə Azərbaycanın 12 könüllü təşkilatını təmsil edən komandalar 4 qrupda mübarizə aparacaq. Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final matçı ilə yekun vurulacaq.

Püşkatmaya əsasən, A qrupunda “Turizm könüllüləri”, “AFFA”, “Nəqliyyat könüllüləri”, B qrupunda “Bir könüllü”, “DOST könüllüləri”, “Könüllü gömrükçü”, C qrupunda “ASAN könüllüləri”, “Miqrasiya könüllüləri”, “Gənc könüllülər” və D qrupunda “Diaspora könüllüləri”, “Aqrar könüllüləri”, “Formula 1 könüllüləri” yarışacaqlar.

Həmin kateqoriyadan