- Baxış sayı: 16
- 22 Sentyabr 2026 23:09
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

AFFA-nın təşkilatçılığı, Azərbaycan könüllü təşkilatları İttifaqı və Azərbaycan respublikasının gənclər fondunun tərəfdaşlığı ilə təşkil olunan futbol üzrə “zəfər liqası”nın püşkü atılıb.
Allsport.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak ediblər.
8 noyabr – zəfər gününə həsr olunan “zəfər liqası” turnirində Azərbaycanın 12 könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaq. Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.