“Zirə” “Keşlə”ni üstələdi

Azərbaycan premyer liqasında IX tura start verilib. 

Allsport.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Keşlə”ni qəbul edib. 

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub. 

Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Zirə” 3-cü pillədəki “Qəbələ”yə çatıb. 7 xala malik “Keşlə” isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə “Keşlə”nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

Həmin kateqoriyadan