AGF yeni güləşçi trikoları hazırlatdırıb

Güləş federasiyası milli komandamıza yeni trikolar hazırlatdırıb. Allsport.az saytı xəbər verir ki, bahadırlarımızın bundan sonra yarışlarda çıxış edəcəkləri güləşçi geyimlərinin üzərində Bakı-2015-in əksi olan loqolar olacaq.

Pəhləvanlarımız yeni formada mübarizə aparacaqları ilk yarış 13-15 dekabrda «Sərhədçi» Olimpiya İdman Mərkəzində keçiriləcək ölkə çempionatıdır.

Həmin kateqoriyadan