Azərbaycan olimpiyaçıları medal sıralamasında 39-cu yerə yüksəlib

Bu gün səhər saatlarında taekvondoçu Radik İsayevin (+80 kq) sayəsində Rio-2016-da qazanılan qızıl medal Azərbaycanı komanda sıralamasında xeyli önə atıb. Allsport.az saytı xəbər verir ki, indi cəmdə olimpiyaçılarımızın 15 medalı var.

Bu göstərici ilə cədvəldə 39-cu pillədə qərarlaşmışıq (1-4-10). Bütövlükdə, 87 ölkə medal sevinci yaşayıb. Rio Olimpiadasının medal siyahısına ABŞ liderlik edir (43-37-36).

Böyük Britaniya 2-ci (27-22-17), Çin 3-cü (26-18-26), Rusiya 4-cü (17-17-19), Almaniya komandaları 5-cidir (17-10-14).

Həmin kateqoriyadan