Azərbaycanlı referi UEFA kubokunun oyunlarına təyinat alıb

Futzal üzrə FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Belarusun “Lidselmaş”, Yunanıstanın “Afina-90”, Serbiyanın “Ekonomaç” və Xorvatiyanın “Nasional” komandasının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 12-dən 15-dək Serbiyada təşkil olunacaq.

Həmin kateqoriyadan