Dünya çempionatına 4 medalla başladıq

Bu gün Macarıstan paytaxtı Budapeştdə U-23 dünya çempionatında ilk nəticələr bilinib. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçilərin mücadiləsində Turan Bayramov (65 kq) finalda yaponiyalı rəqibini üstələyərək qalib adını qazanıb.

Digər milli üzvlərindən Əbubəkr Abakarov (79 kq) gümüş medalla kifayətlənib. Əfqan Xaşalov (57 kq) və Davud İbrahimov (70 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan