- Baxış sayı: 62
- 14 Aprel 2024 11:52
- Baxış sayı: 140
- May 06, 2024
- 0
Xəbər verdiyimiz kimi, 20-28 noyabrda ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldıranların dünya çempionatı keçiriləcək. Həmin sınaqda Azərbaycan millisi də iştirak edəcək.
Rio-2016-ya lisenziya verən yarışa hazırlaşan ağır atletlərimiz, təlim-məşqlərini AzAL-ın bazasında davam etdirirlər. Yığma komandanın aparıcı üzvü Valentin Xristov (62 kq) allsport.az saytı na açıqlamasında deyib ki, planetin ən güclülərinin rəqabətində hədəfi medal qazanmaqdır:
«Məşqlərim qaydasında gedir. Əsas rəqiblərimi video-görüntü vasitəsilə izləyirəm. Dünya çempionatında hansı əyarlı medalın qazanmağın mənə fərqi yoxdur. Təki mükafatlı yer olsun».