12 il sonra qazanılan qızıl

Bolqarıstanın paytaxtı Sofiyada ağırlıqqaldırma üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, 43 ölkədən 402 nəfərin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan millisi ilk medalını qazanıb.

Bu gün son olaraq Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Birdən qaldırmada 176 kq-ın, təkanla qaldırmada 212 kq-ın öhdəsindən gələrək qızıl medal qazanıb.

Toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində eyni yarışda Əfqan Bayramov göstərmişdi.

Həmin kateqoriyadan