Tələt Ünlü milli tağımlarımızı ziyarət edib

Türkiyə ağırlıqqaldırma federasiyasının prezidenti hazırda qardaş ölkədə təlim-məşqdə olan seçmə komandalarımızın düşərgəmizə gələrək, 12-20 fevralda Bolqarıstanda qitə çempionatına və digər beynəlxalq yarışlara hazırlaşan idmançı və məşqçi heyətimizlə görüşüb, onlarla söhbət edib.

Allsport.az saytı xəbər verir ki, Türkiyə və Azərbaycan yığmalarının birgə toplanış keçməsinin müsbət məqam olduğunu, daha böyük uğurlara gətirib-çıxaracağına və qardaş ölkələrin qitə və dünya çempionatları, həmçinin olimpiya oyunlarında birlikdə qələbələr yaşayacağına əminliyini bildirib.

Həmin kateqoriyadan