AAF-ın vitse-prezidenti qərb bölgəsinə səfər edib

Azərbaycan ağırlıqqaldırma federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov yanvarın 14-19-unda Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydə infrastrukturun son durumu ilə tanış olub, idmançılar, məşqçi-müəllimlərlə görüşüb.

Allsport.az saytı xəbər verir ki, o, federasiyanın xüsusilə regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olduğunu, bundan sonra da dəstəyini davam etdirərək, diqqət mərkəzində saxlayacaqlarını bildirib. Bununla yanaşı, yeni nəsil idmançıların yetişdirilməsi, kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsi ilə seçim imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Məşqçilərlə müzakirələr zamanı idmançıların mövcud potensialı və cari hazırlıq səviyyəsinin artırılması üçün görüləcək işlər haqda da danışıb, rəy və təklifləri dinləyib. Firdovsi Umudov böyük ənənəsi olan ağırlıqqaldırma idman növünün parlaq gələcəyinin təmin edilməsi üçün lazımi addımlar atılacağını qeyd edib.

Həmin kateqoriyadan