Gənc taekvondoçularımızın İstanbul uğuru davam edir

Türkiyənin İstanbul şəhərində taekvondo yarışları davam edir. Allsport.az saytı xəbər verir ki, klublar arası Avropa çempionatının ardından, sayca 5-ci olan “Turkish Open” G1 kateqoriyalı turnir başlayıb. Bu rəqabətdə gənclərdən ibarət millimiz də mübarizəyə qatılıb.

Yarışın 2-ci günü 2 təmsilçimiz fəxri kürsüyə çıxa bilib. Bir neçə gün öncə klublar arasında 63 kqda qalib olan Cavad Ağayev və Minayə Əkbərova (-44 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurublar.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə gənc millimiz bu yarışda da 17 taekvondoçu ilə təmsil olunur. Turnirə 14 fevral tarixində yekun vurulacaq.

Həmin kateqoriyadan