«Güləş elçilər»inin yeni fotoları təqdim olundu

İlk Avropa Oyunlarının 11 «İdman elçisi» siyahısında yer alan yunan-Roma üzrə pəhləvan Rövşən Bayramov və qadın güləşçisi Mariya Stadnikin yeni fotoları AGF tərəfindən ictimaiyyətə təqdim olunub.

Allsport.az saytı xəbər verir ki, 14 ildir «klassik» güləşlə məşğul olan Rövşən Bayramovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bu həm də idmançımızın bu günə qədər qazandığı nailiyyətlərlə bağlıdır. Olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), Hərbçilərin dünya çempionatının qalibi (2006),

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl qran-pri” beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan prezidentinin sərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Güləşlə 12 ildir məşğul olan Mariya Stadnik adı da güləş həvəskarlarına çox tanışdır. Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya demək olar ki, qatıldığı bütün yarışlardan medalla qayıdıb. Olimpiya oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011, 2014), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl qran-pri» beynəlxalq turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz ölkə başçısınınsərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Həm Rövşən Bayramov, həm də Mariya Stadnik Bakı-2015-in «İdman elçisi» olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını bildirirlər. Qeyd edək ki, fotolar Qobustan Dövlət Qoruğu və Yanar dağda vəkilib.

Qobustan_2-12164-920-485-100-wm-right_bottom-100-imageswmpng Qobustan-12163-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan