İlham Zəkiyev Milli Paralimpiya Komitəsinin vitse-prezidenti seçilib

İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin 5-ci hesabat seçki yığıncağında quruma növbəti 4 il müddətinə prezident, Natiq Qasımov 1-ci vitse-prezident, 2-qat paralimpiya çempionu İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov baş katib seçiliblər.

Allsport.az saytı xəbər verir ki, tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib. Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq 16-cı tay paralimpiya oyunlarına hazırlıqla əlaqədar “2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı” müzakirə olunub.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın icraiyyə komitəsinin və nəzarət təftiş komissiyasının üzvləri seçilib.

Həmin kateqoriyadan