Nenad Laloviç: Azərbaycan prezidenti güləşdə çox şeydən məlumatlıdır

Məlum olduğu kimi, bu günlərdə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ölkəmizə gəlmişdi. Qonaq səfər çərçivəsində bir neçə mühüm görüşlər keçirib. Sonra serbiyalı mütəxəssis Avropa çempionatını izləmək üçün Dağıstan Respublikasının Kaspiysk şəhərinə yollanıb. Yarışın gedişində Nenad Laloviç allsport.az saytına Bakı səfəri ilə bağlı özəl açıqlma verdi:

«Azərbaycanlı həmkarlarımla danışmaq üçün ora yollanmışdım. Bakıda olarkən, ölkə başçısı İlham Əliyev gəlişimi eşidəndə, məni öz yanına dəvət etdi. Gənclər və idman naziri Azad Rəhimovla da söhbətləşdim. Prezidentlə görüşdə Azərbaycan güləşinin mövcüd durumq və gələcək perspektivindən danışdıq.

Müzakirə barədə bir söz deyə bilmərəm. Bu, sirdir (gülür). Hər şey yaxşı olacaq. Cənab İlham Əliyev idmanı, özəlliklə, güləşi sevir. Güləşçiləri ad və soyadlarınacan tanıyır. Çox şeydən məlumatlıdır. Mənim üçün bu, böyük şərəfdir. Görüşdən çox məmnun qaldım».

K.HACI

Həmin kateqoriyadan