“Nur” Mingəçevirdə “Gənclər Birliyi”ni 30 top fərqi ilə üstələyib

Bu gün həndbolçuların superliqasında 4-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

Mingəçevirdə qadınlardan ibarət yerli “Nur” komandası “Gənclər Birliyi”ni qəbul edib. Üstün oynayan ölkə çempionu rəqibini 50:20 hesabı ilə üstələyib.

Xanımların mübarizəsində tura 7 noyabrda yekun vurulacaq. Öncə “İdman Akademiyası” “Qarabağ”la, sonra “Azəryol” lider “Azərsu” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan