Rio-2016-dan qayıdan Azərbaycan olimpiyaçıları Vətəndə böyük coşqu ilə qarşılandı

Rio- 2016-da uğurla çıxış edən Azərbaycan millisi Vətənə döndü. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olimpiyaçılarımızın təntənəli qarşılanması oldu. Qədimdə olduğu kimi, 18 medal qazanaraq ilk edən komandamızı, xalq qəhrəman olaraq qarşıladı.

Hava limanına gələn yüzlərlə idmansevər əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar yüksəldi. Dünən Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilmədi, yalnız hərbi musiqilər ifa edildi.

Olimpiyaçılarımız gül çələnglərinin əhatəsinə düşdükdən sonra, onlar üçün ayrılan xüsusi avtobusa minərək, Heydər Əliyevin abidəsini ziyarət etdilər. İdmançılar burada abidə önünə əklil qoyaraq, mərhum prezidentə ehtiram bildiriblər. Ardından nümayəndə heyətimiz və digər medal qazanan idmançılarımız abidə önünə gül dəstələri düzüb və xatirə şəkli çəkdirdilər.

 

Həmin kateqoriyadan