Şəhriyar Məmmədyarov ABŞ-lı şahmatçı ilə heç-heçə etsə də, zirvədə yerini qorudu

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin qran-pri seriyasının 1-ci mərhələsində millimizin üzvü Şəhriyar Məmmədyarov (2766) uğurlu çıxışını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, bu gün 5-ci turda qrossmeysterimiz ağ fiqurlarla ABŞ-ı təmsil edən Hikaru Nakamura (2785) ilə xalı yarıya bölüb.

Hazırda “Şah”ın hesabında 3,5 xal var və şahmatçımız İspaniya təmsilçisi Fransisko Valyexo ilə zirvəni bölüşdürür.

Həmin kateqoriyadan