- Baxış sayı: 33
- 26 Aprel 2024 16:45
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Niderlandın Veyk-an-Zey şəhərində şahmatçıların superturniri sona yetib. Allsport.az saytı xəbər verir ki, 13-cü turda Şəhriyar Məmmədyarov (2804) ağ fiqurlarla keçmiş dünya çempionu Vişvanatan Anandla (2767) görüşüb.
Uzun sürən gərgin mübarizədə tərəflər 67-ci gedişdə heç-heçəyə razılaşıblar. Bu nəticə ilə 8,5 xal yığan həmyerlimiz 3-cü yer tutub.
Qalib adını tay-brekdə yerli Aniş Giriyə (2752) qalib gələn norveçli dünya çempionu Maqnus Karlsen (2834) tutub. Qeyd edək ki, hər 2 şətrənc ustası “Şah”dan yarım xal çox toplayıblar.