Şaban Donat: Hər çəkidə medal gözləyirik

21-26 avqustda Parisdə bahadırların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzində KİV üçün açıq məşqdə “klassiklər”in baş məşqçisi Şaban Donat hazırlıqla bağlı bunu dedi:

“Uzun illərdir birlikdə çalışdığımız idmançılara güvənmişik. Heyətdə dünya və Avropa çempionları yer alıb. Onların hər birinə ümidimiz böyükdür. Hər çəkidə medal gözləyirik.

Ümumiyyətlə, bu gün Azərbaycan güləşçiləri dünyada ilk sıralarda mövqe tutublar. Çox yaxşı hazırlaşmışıq. Hədəfimiz hər zaman olduğu kimi uğurlu çıxışımızla azarkeşləri sevindirməkdir.”

Həmin kateqoriyadan