“Şah” Əmir Teymurun 680 illik yubiley yarışında hamını mat qoyub

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyinin bu ölkənin Şahmat federasiyası ilə birgə böyük sərkərdə Əmir Teymurun 680 illiyi ilə bağlı Daşkənddə sürətli şahmat üzrə beynəlxalq turnir keçiriblər.

Allsport.az saytı xəbər verir ki, yarışda Şəhriyar Məmmədyarov (Azərbaycan), Rüstəm Qasımcanov (Özbəkistan), Boris Qelfand (İsrail) və Ruslan Panamaryov (Ukrayna) kimi tanınmış qrossmeysterlər iştirak ediblər.

Yekunda, “Şah” 8 xalla 1-ci olub. Turnir çərçivəsində qrossmeysterlər gənc şahmatçılar üçün ustad dərsləri də keçiblər.

Həmin kateqoriyadan