“Şah” çempion – son 10 ildə ilk dəfə Maqnus Karlsenə qalib gəldi

İsveçrənin Bil Şəhərində superturnirin başa çatmasına 1 tur qalmış Şəhriyar Məmmədyarov (2801) qalib olub. Allsport.az saytı xəbər verir ki, 9-cu turda həmyerlimiz ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlseni (2842) 57-ci gedişdə təslim edib.

O,  son 10 ildə ilk dəfə rəqibini klassik şahmatda məğlub edib. 7 xala yiyələnən “Şah” güclü həmkarını 2 xalla üstələyir.

“Mən fantastik turnirin qalibi olması münasibətilə Şəhriyarı təbrik edirəm”, – deyə norveçli dünya çempionu Matt & Patt saytına müsahibəsində bildirib. Əlavə olaraq söyləyib ki, sona yaxın təşəbbüsü ələ almaq üçün imkanı olub, lakin 2 böyük səhvi hər şeyi alt-üst edib. Qələbədən sonra Şəhriyar rəqibinin oyununu qiymətləndirib, Maqnusun çox riskli oynadığını vurğulayıb.

Turnirin digər oyunçularının xalları belədir: Karlsen, Pyotr Svidler (Rusiya; 2753) – 5 xal, Maksim Vaşye-Laqrav (Fransa; 2779) – 4,5; David Navara (Çex Respublikası; 2741) – 4, Niko Qeorqiadis (İsveçrə; 2526) – 1,5.

 

Həmin kateqoriyadan