Şahmat festivalının final mərhələsi başlayıb

Şahmat fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında respublika festivalının finalına start verilib. Allsport.az saytı xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

“Təhsil” respublika idman mərkəzinin “Zuğulba” tədris idman bazasında keçirilən həlledici mərhələnin açılışında təhsil nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, şahmat idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıblar.

Mərasimdən sonra yarışa başlanılıb. Əsasnaməyə uyğun olaraq final mərhələsinə 2-4-cü siniflərdən 6 zona üzrə 1-2ci yeri tutan oğlan və qız şahmatçılar olmaqla, ümumilikdə 72 məktəbli vəsiqə qazanıb. Festivala mayın 9-da yekun vurulacaq.

Həmin kateqoriyadan