- Baxış sayı: 37
- 24 Aprel 2024 12:13
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının səkkizinci turunun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Ukrayna idmançıları ilə qarşılaşacaq. “Azərbaycan-Naxçıvan” komandası isə Honkonq şahmatçıları ilə mübarizə aparacaqlar.
“Azərbaycan” komandası ötən turda Yunanıstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edərək liderliyə yüksəlib. İkinci və üçüncü yerlərdə Qazaxıstan və Özbəkistan yığmaları qərarlaşıblar.