- Baxış sayı: 38
- 24 Aprel 2024 12:13
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
Bakıda FIDE qran-pri turnirində bu gün 3-cü turun oyunları keçirilib. Allsport.saytı xəbər verir ki, saat 15:00-da start götürən matçlarda Teymur Rəcəbov rusiyalı Pyotr Svidlerlə qarşılaşıb. Qrossmeysterlər 31-ci gedişdə xalı yarıya bölüblər. Təmsilçimizin aktivində 1,5 xal var.
Şəhriyar Məmmədyarov hesabında 0 xal olan Dmitri Andreykinlə görüşüb. Mittelşpildə həmyerlimiz mərkəzdə nisbi üstünlüyə yiyələnsə də, təşəbbüsü qələbəyə çevirə bilməyib və oyun heç-heçə bitib. 3 partiyadan sonra “Şah” 1 xala malikdir.