Teymur Rəcəbov Daniel Dubovla üz-üzə

Bu gün Hamburqda FIDE qran-prisinin üçüncü mərhələsinin birinci turuna start veriləcək. Allsport.az verir ki, dünyanın 16 ən güclü şahmatçısının qatıldığı turnirdə Teymur Rəcəbov da çıxış edəcək. Birinci turda şahmatçımızın rəqibi rusiyalı Daniel Dubov olacaq.

Dörd mərhələdən ibarət FIDE qran-prisində ümumilikdə 21 şahmatçı gücünü sınayır. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. Teymur Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-Pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.

Qran-pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Şəhriyar Məmmədyarov, həm də Teymur Rəcəbov mübarizə aparacaq.

Həmin kateqoriyadan