Teymur Rəcəbov dünya kubokunda çinli şahmatçıdan qisasını aldı

Xantı-Mansiyskdə dünya kubokunda həlledici mərhələnin oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, Teymur Rəcəbov 3-cü partiyada çinli Liren Dinqə qalib gəlib. İlk matçda şahmatçılar sülhə razılaşmışdılar, 2-cidə həmyerlimiz yenilmişdi.

Mükafat fondu 1,6 milyon dollardır. Finalçılar cəmdə 4 oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-brek oynanılacaq.

Teymur Rəcəbov müstəqilliyimizdə bu yarışın finalına yüksələn ilk azərbaycanlı kimi tarixə düşüb. O, iddiaçılar turnirində birbaşa iştirak hüququ qazanıb.

Həmin kateqoriyadan