- Baxış sayı: 32
- 26 Aprel 2024 16:45
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
Bakıda şahmatçılar arasında üzrə 2014/15 mövsümünün qran-pri turnirinin I mərhələsi davam edir. Allsport.az saytı xəbər verir ki, II turda qrossmeysterimiz Teymur Rəcəbov Özbəkistan nümayəndəsi Rüstəm Qasımcanovla sülh bağlayıb.
Digər təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerə məğlub olub.
II tur
Rüstəm Qasımcanov (Özbəkistan) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 0,5:0,5
Pyotr Svidler (Rusiya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 1:0
Dmitri Andreykin (Rusiya) – Hikaru Nakamura (ABŞ) – 0:1
Fabiano Karuana (İtaliya) – Boris Gelfand (İsrail) – 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5
Lenyer Dominges (Kuba) – Yevgeni Tomaşevski (Rusiya) – 0,5:0,5
Turnir cədvəli: Karuana, Svidler, Gelfand, Nakamura – 1,5 xal; Dominges, Tomaşevski, Qasımcanov, Rəcəbov, Qrişuk – 1; Karyakin, Məmmədyarov – 0,5; Andreykin – 0