UEFA açıqladı: Millimiz macarlarla boş tribunalar önündə

AÇ-2020-nin seçmə “E” qrupunda Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək. Allsport.az saytı xəbər verir ki, buna səbəb UEFA-nın qarşı tərəfi cəzalandırması olub.

Ali qurumun nəzarət, etika və intizam komitəsi sentyabrın 9-da baş tutan Macarıstan – Slovakiya oyununda (1:2) qonaq tərəfdarların milliyətçi şüarlar səsləndirməsi, hər iki komandanın azarkeşləri arasında insidentin yaranmasına görə federasiyalara cəza verib. Həm Macarıstan, həm də Slovakiya yığmaları növbəti oyunlarını boş tribunalar önündə keçirəcək.

UEFA bundan başqa, MFF-i 67,125 avro, SFF-i 20000 avro cərimələyib. Slovakiya – Uels matçı oktyabrın 10-da, Macarıstan – Azərbaycan görüşü oktyabrın 13-də olacaq.

Həmin kateqoriyadan