“Əlimizdən gələni etdik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionlar liqasının 1/4 final mərhələsinin cavab oyununda (3:4, əsas və əlavə vaxt – 1:1) “Real”a penaltilər seriyasında məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, mütəxəssis rəqib komandanı təbrik edib:

“Qələbə qazanmağa üstünlük verərdim, amma Madridi təbrik edirəm. Əlimizdən gələni etdik və bütün aspektlərdə müstəsna oynadıq. Təəssüf ki, biz qalib gələ bilmədik – əsas olan da budur.

Futbol qollardan ibarətdir. Onlar yarımfinaldadırlar, biz isə yox. Kiçik bir fərq var, amma hər şey belə oldu. Bəzən penaltilərdə qalib gəlirsən, bəzən isə yox”.

Həmin kateqoriyadan